Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə respublikanın turizm potensialı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və digər yerləşdirmə obyektlərində çalışanlar üçün mütəmadi təlim-tədris kursları təşkil olunur. Nazirlikdən SİA-ya verilən məlumata görə, kursların növbəti mərhələsi xidmət sahəsi üzrə şimal-qərb bölgəsində cari ilin 26 may -2 iyun tarixlərində (8 günlük) İsmayıllı rayonunda keçiriləcək.
Təlim-tədris kurslarında əsasən 4 sahə - "İdarəçilərin təlimçi olaraq hazırlanması", "Qeyd-qəbul", "Xadiməçilik" və "Masa xidməti" ixtisasları üzrə dərsləri Türkiyədən dəvət olunmuş müəllimlər tədris edəcək.
İyun ayının 2-də kurslarda iştirak edəcək dinləyicilərə sertifikatların verilməsi ilə təlimlər başa çatacaq.
Bu istiqamətdə treninqlər regionlarda fəaliyyət göstərən mehmanxana və ona bərabər tutulan yerləşdirmə obyektlərində xidmət səviyyəsinin yüksəldilməsi turizmin inkişafına öz töhfəsini verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB