Ukraynanı "Eurovision 2014" mahnı müsabiqəsində təmsil edəcək Mariya Yaremçuk yaxın günlərdə Azərbaycana səfər edəcək. SİA-nın verdiyi xəbərə görə, sənətçi bu haqda rəsmi səhifəsində məlumat verilib: "Mən Azərbaycan haqqında çox eşitmişəm. Bakıda olmaq çoxdankı arzumdur. İnana bilmirəm ki, tezliklə Odlar Yurdunda olacam. Həmişə "Eurovision" mahnı yarışmasında Azərbaycan təmsilçilərinin çıxışlarını böyük maraqla izləmişəm. Bu il isə Dilarə Kazımovanın lirik "Start a Fire" mahnısı ürəyimcə olub. Ümid edirəm ki, Azərbaycanda məni unudulmaz məcaralar gözləyir".
Qeyd edək ki, M.Yaremçuk mayın 6-da Kopenhagendə "Eurovision 2014" mahnı müsabiqəsinin birinci yarımfinalında "Tick Tock" mahnısı ilə çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB