“Eurovision”nın rəsmi saytında Dilarə Kazımova haqda geniş material verilib

“Eurovision”nın rəsmi saytında Dilarə Kazımova haqda geniş material verilib

"Eurovision" mahnı müsabiqəsinin rəsmi saytında Azərbaycanın 59-cu mahnı müsabiqəsində təmsilçisi Dilarə Kazımova haqqında geniş material yer alıb. SİA-nın məlumatına görə, "Dilarə Kazımovanın Avropada on günü" sərlövhəli yazıda Azərbaycanın "Eurovision-2014"də təmsilçisinin Avropa turunun Amsterdamdan başlandığı və bu tura Litva, Macarıstan, Rusiya, Gürcüstan və Maltanın daxil olduğu bildirilir.

Yarışmanın rəsmi saytında, həmçinin Dilarə Kazımovanın canlı oxuduğu "Start a Fire" mahnısının videosu və ifaçının www.eurovision.tv saytının suallarına cavabı da yer alıb.

Sözügedən məqalə ilə http://www.eurovision.tv/page/news?id=dilaras_europe_in_ten_days linkinə daxil olmaqla tanış olmaq mümkündür.

Bütün xəbərlər Facebook səhifəmizdə