AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) "Azərbaycan kitabxanaşünaslığında prioritet məsələ - kitabxana innovatikası, müasir vəziyyəti, inkişaf perspektivləri" və "Kitabxanalarda marketinq şöbəsinin təşkili" mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Mərkəzi Elmi Kitabxananın elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova, Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, doktorant Nərminə Abdullayeva, MEK-in Kitabxanaşünaslıq şöbəsinin müdiri, dissertant Kəmalə Məmmədova və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə Mərkəzi Elmi Kitabxananın elmi işlər üzrə direktor müavini Firəngiz Hüseynova açaraq iştirakçılara seminar haqqında əhatəli məlumat verib: "Kitabxananın inkişafında müasir və sınanmış üsullardan istifadə edilir. Bu işdə gənclərin müstəsana inkişafı danılmazdır".
Sonra məruzə üçün söz Mərkəzi Elmi Kitabxananın şöbə müdiri, doktorant Nərminə Abdullayevaya verilib: "Müasir kitabxanaların inkişaf strategiyası kitabxana işinin innovativ idarə olunması konsepsiyasından və kitabxana fəaliyyətinin informasiya – kommunikasiya texnologiyalarına əsaslanan müasir vəziyyətini əks etdirən amillərdəndir".
Daha sonra MEK-in Kitabxanaşünaslıq şöbəsinin müdiri, dissertant Kəmalə Məmmədova məruzə ilə çıxış edərək, kitabxanalarda marketinq yönümlü struktur dəyişikliklərinin aparılmasını təklif kimi irəli sürmüş və bunun mövcud iqtisadi şəraitdə aktuallığını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB