Görkəmli bəstəkarlar -Soltan və İsmayıl Hacıbəyovların əsərləri səsləndiriləcək
Görkəmli bəstəkar, SSRİ xalq artisti Soltan Hacıbəyovun 95 və Əməkdar İncəsənət Xadimi İsmayıl Hacıbəyovun 65 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə iki görkəmli bəstəkar- ata və oğulun sənət dünyası haqqında geniş məlumat veriləcək.
Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət simfonik orkestrinin ifasında bəstəkarların əsərlərindən parçalar səsləndiriləcək.
Orkestrin bədii rəhbəri və baş dirijoru, xalq artisti Rauf Abdullayevdir.
Qeyd edək ki, yubiley gecəsi aprelin 11-i, saat 19:00-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB