Məlahət Abbasovanın quruluş verdiyi tamaşanın aktyorları mükafata layiq görülüb

Məlahət Abbasovanın quruluş verdiyi tamaşanın aktyorları mükafata layiq görülüb

Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasovanın quruluş verdiyi xalq yazıçısı Elçinin "Şekspir" tamaşasında rol alan beş türkiyəli aktyor "İlin ən yaxşı aktyoru" mükafatına layiq görülüb. SİA-nın məlumatına görə, bu mükafat Beynəlxalq Teatr Günü münasibətilə "İstanbul Rotary Bebek Kulubu" tərəfindən təsis edilib.

Qeyd edək ki, mükafatın təqdim edilməsi mərasimi bu ilin mayında keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə