Türkiyə Baş Nazirliyi Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Azərbaycan Respublikasının Təhsil Nazirliyinin və "Avrasiya Beynəlxalq Tədqiqatlar İnstitutu" İctimai Birliyinin birgə əməkdaşlığı ilə "Hər mövsüm bir işıq" mövzusunda Azərbaycan və Türkiyənin ortaq mədəniyyətlərinin dəyərli şəxsiyyətlərini anlamaq və təbliğ etmək layihəsi həyata keçirilməkdədir. SİA-nın məlumatına görə, layihə mədəni degenerasiyaya qarşı, ortaq dəyərlərimizi yaşadıb təmsil edən şəxsiyyətləri daha yaxşı anlamaq və təbliğ etmək üçün gənclərin təşviq edilə bilmələri məqsədilə həyata keçirilir.
Orta məktəblərin VII, VIII və IX sinif şagirdlərini əhatə edəcək bu layihə çərçivəsində Azərbaycan və Türkiyənin önəmli şəxsiyyətləri haqqında hər üç aydan bir mükafatlı inşa müsabiqələrinin təşkili nəzərdə tutulub.
Layihənin ilk mərhələsində hər iki ölkənin böyük şəxsiyyətlərindən biri, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin həyat və fəaliyyəti ilə bağlı inşa müsabiqəsi keçiriləcək. Bu çərçivədə layihənin təqdimatı və müsabiqənin elan edilməsi ilə bağlı aprelin 1-də Bakıda tədbir keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB