Vaqif Səmədoğlu “Nəsimi” mükafatına layiq görülüb

Vaqif Səmədoğlu “Nəsimi” mükafatına layiq görülüb

Azərbaycan Yazıçılar Birliyində (AYB) 2014-cü il üçün "Nəsimi" mükafatının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, sözügedən mükafat iki ildən bir keçirilir. Belə ki, Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar mükafatın hər iki ildən bir Novruz bayramı ərəfəsində təqdim olunduğunu bildirib: "Bu mükafat ilk dəfə xalq yazıçısı İsa Hüseynova (Muğanna) təqdim edilib. Bu il həmin mötəbər mükafata xalq şairi, Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının sədri Vaqif Səmədoğlu layiq görülüb".

Daha sonra mükafat sahibinə təqdim edilib.

Qeyd edək ki, xalq şairi Vaqif Səmədoğlu yaradıcılığının yüksək qiymətləndirildiyinə görə Azərbaycan Yazıçılar Birliyinə minnətdarlığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə