Beynəlxalq Muğam Mərkəzində daha bir konsert proqramı

Beynəlxalq Muğam Mərkəzində daha bir konsert proqramı

"Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) musiqi kollektivləri Beynəlxalq Muğam Mərkəzi ilə birlikdə hazırladıqları maraqlı layihələrlə musiqi sevərlərin qarşısında daha bir konsertlə çıxış edəcəklər.

SİA-nın məlumatına görə, milli mənəvi dəyərlərimizin təbliğinə həsr edilmiş konsertdə istedadlı gənc vokalçıların ifasında unudulmaz xalq və bəstəkar mahnıları səsləndiriləcək.

Qeyd edək ki, bu layihə çərçivəsində martın 25-də Beynəlxalq Muğam Mərkəzinin daha bir konsert proqramı təqdim ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə