“Azərbaycan kadrlarda” fotomüsabiqəsi çərçivəsində sərgilər təşkil edilib

“Azərbaycan kadrlarda” fotomüsabiqəsi çərçivəsində sərgilər təşkil edilib

Ağcabədidə "Azərbaycan kadrlarda" fotomüsabiqəsi layihəsi davam edir. Layihənin əsas məqsədi Azərbaycanın bölgələrindəki gənc fotoqrafları bir araya gətirmək, onlar arasında vahid şəbəkə sisteminin yaradılmasına nail olmaq, fotomüsabiqə vasitəsilə ölkəmizi təbliğ etməkdir.

Layihə çərçivəsində ölkənin müxtəlif bölgələrindən onlayn qaydada təqdim olunmuş 90 şəkildən 50-si seçilərək Ağcabədi şəhərindəki Gənclər Mərkəzi meydanında və mərkəzi stadionda açıq sərgidə nümayiş etdirilir. Sərgidə Bakı, Təbriz, Gəncə, Ağcabədi, Bərdə, Lənkəran, Beyləqan, Göyçay, Ağdam, Qazax, Daşkəsən və digər şəhərlərin tarixini, mədəniyyətini əks etdirən fotolar sərgilənir.

Yekun sərgi və qaliblərin mükafatlandırılması mərasimi martın 28-də Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində keçiriləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə