“Gözümün işığı və ya qəribə heykəltəraş ömrü” sənədli filminin təqdimatı keçirilib FOTOLAR
Nizami Kino Mərkəzində Əməkdar İncəsənət Xadimi, tanınmış rejissor Yavər Rzayevin "Azanfilm" studiyasında istehsal olunmuş "Gözümün işığı və ya qəribə heykəltəraş ömrü" sənədli filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, bu ekran əsəri görkəmli heykəltəraş, Əməkdar İncəsənət Xadimi Həyat Abdullayevanın anadan olmasının 100 illiyi ilə əlaqədar çəkilib.
Mərasim iştirakçıları əvvəlcə Nizami Kino Mərkəzinin foyesində Həyat Abdullayevanın Azərbaycan Dövlət Rəsm Qalereyası tərəfindən nümayiş etdirilən "Bahar" və "Lənkəranlı qız" əsərləri ilə tanış olublar.
Filmin nümayişindən əvvəl mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev çıxış edərək hazırda Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində saxlanılan Xurşidbanu Natəvanın abidəsinin də müəllifi Həyat Abdullayeva olduğunu diqqətə çatdırıb: "Son illər Bakıda dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamları əsasında qoyulmuş abidələr mədəniyyətimizin tarixinin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır. Yaxın gələcəkdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız erməni qəsbkarlarından azad olunacaq və Xurşidbanu Natəvanın abidəsi də muzeyin həyətində saxlanılan digər abidələrlə birgə yenidən Şuşada ucalacaqdır".
Daha sonra xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, görkəmli heykəltəraşın tələbəsi olmuş Xanlar Əhmədov Həyat Abdullayevanın incəsənətimizə verdiyi töhfələrdən geniş söhbət açıblar.
Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunub.
Nəzərinizə çatdıraq kii, ümumilikdə 27 dəqiqə davam edən bu filmdə sənətkarın zəngin yaradıcılığı və ömür yolundan bəhs olunmuş, həyatın bütün çətinliklərindən keçmiş bir qadın və sənətkar obrazı canlandırılıb.
Qeyd edək ki, sonda film nümayiş olunub və böyük alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB