Azərbaycan İtaliyada keçirilən beynəlxalq festivalda təmsil olundu FOTOLAR

Azərbaycan İtaliyada keçirilən beynəlxalq festivalda təmsil olundu FOTOLAR

İtaliyanın Turin şəhərində keçirilən ilk İncəsənət və Muzey beynəlxalq sərgi mübadiləsi festivalında (AMİEX) Azərbaycan da təmsil olunub. SİA-nın verdiyi xəbərə görə, bu məqsədlə Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi sektorunun müdiri Azadə Hüseynova və həmin sektorun aparıcı məsləhətçisi Nərgiz Abdullayeva İtaliyaya ezam olunublar.

Tədbir incəsənət, mədəniyyət, humanitar və digər sahələrdə təcrübə mübadiləsi həyata keçirmək, mədəni mərasimlərin, sərgilərin, festivalların təşkili istiqamətində müzakirələr aparmaq baxımından yaxşı imkan yaradıb. Tədbir iştirakçıları müvafiq sektorlarda cərəyan edən son yeniliklərlə tanış olmaq üçün fürsət əldə ediblər. Şəhərin "Palazzo Madama" muzeyinin direktoru Enrica Pagella ilə, "Galeria Civica de Arte Moderna e Contemporanea"- Müasir İncəsənət Muzeyinin direktor müavini Riccardo Passoni ilə, "Museo de art oriental" - Oriental Sənəti Muzeyinin direktoru Franceso Paolo Campione ilə görüşlər keçirib, əməkdaşlıq barəsində danışıqlar aparıblar.

Konfrans günlərində Azərbaycanın nümayəndə heyəti Turin şəhərinin meri cənab Piero Fassino ilə görüş keçirmiş və mədəniyyət sahəsi, muzey məsələləri üzrə fikir mübadiləsi edilib. Cənab Piero Fassino görüş zamanı Azərbaycan və Turin şəhəri muzeyləri arasında işgüzar mübadilənin və tərəfdaşlığın marağında olduğunu bildirib. Mer 20 il bundan əvvəl Bakıda Ümummilli Lider Heydər Əliyev tərəfindən qəbul olunduğunu xüsusilə diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə