Lütfəli Abdullayevin 100 illik yubiley tədbiri keçiriləcək

Lütfəli Abdullayevin 100 illik yubiley tədbiri keçiriləcək

Azərbaycanın xalq artisti, SSRİ Dövlət Mükafatı laureatı Lütfəli Abdullayevin 100 illik yubiley tədbiri keçiriləcək. SİA-nın məlumatına görə, tədbir Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Dövlət Film Fondunun birgə təşkilati dəstəyi ilə reallaşacaq.
Tədbirdə görkəmli sənətkara həsr edilmiş fotosərgi nümayiş etdiriləcək, sənət dostlarının onunla bağlı xatirələri dinləniləcək.

Nəzərinizə çatdıraq ki, tədbirin sonunda L.Abdullayevə həsr edilmiş "İkinci ömür" (rejissor Gülnarə Abdullayeva) sənədli filmi nümayiş olunacaq.

Qeyd edək ki, tədbir martın 14-də Dövlət Film Fondunda baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə