İrlandiyanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçisi müəyyən edilib

İrlandiyanın “Eurovision-2014” mahnı müsabiqəsində təmsilçisi müəyyən edilib

İrlandiyanın "Eurovision-2014" mahnı müsabiqəsindəki təmsilçisi müəyyən olunub. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən xəbər verir ki, İrlandiyanı bu yarışmada Kasey Smis "Heartbeat" mahnısı ilə təmsil edəcək.

Danimarkanın Kopenhagen şəhərində "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.

Qeyd edək ki, İrlandiya təmsilçisi yarışmanın ikinci yarımfinalında çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə