Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının mart ayı üçün repertuarı planını SİA oxucularına təqdim edirik:
Martın 1-də və 30-da M.Lermontovun "Maskarad", ayın 2-də M.F.Axunzadənin "Müsyö Jordan həkimi-nəbatat və Dərviş Məstəlişah caduküni-məşhur", 6-da A.Ostrovskinin "Qurdlar və qoyunlar" tamaşaları nümayiş etdiriləcək.
Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi martın 7-də E.Şmittin "Pozğun", ayın 8-də M.Zadornovun "Ər almaq istəyirəm", 9-da V.Siqarevin "Yalan detektoru" tamaşalarını göstərəcək.
R.Baerin "Qarışıq hisslər" əsəri martın 13-də, F.Dostoyevskinin eyniadlı əsəri əsasında hazırlanmış "Karamazov qardaşları" ayın 14-də göstəriləcək.
Teatrsevərlər martın 15-də K.Qoldoninin "Mirandolina", ayın 16-da R.Kuninin "Həddindən artıq evli taksi sürücüsü", 20-də Elçinin "Cəhənnəm sakinləri" əsərinə baxa bilərlər.
Martın 21-də M.Kamolettinin "Ah, bu Anna", ayın 22-də A.İvanovun "Adaxlı çağırmısınız, qızlar?", 23-də V.Stanilovun "Opera Mafiozo" tamaşaları göstəriləcəkdir.
Teatrın kollektivi martın 27-də O.Yernevin "Yeni il gecəsində məhəbbət intriqaları" komediyasını, ayın 28-də Nizami Gəncəvinin "Yeddi gözəl" poeması əsasında hazırlanmış tamaşasını, 29-da C.Ostinin "Qürur və qərəz" əsərini oynayacaq.
Teatrın kollektivi həmişə olduğu kimi, mart ayında da balaca tamaşaçıları unutmayıb.
Martın 1-də A.Nikuşinanın "Güləbətin tikən qız və süpürgəçi" müzikli təqdim ediləcək. Martın 2-də və 9-da A.S.Puşkinin "Çar Saltan, onun oğlu şərəfli və cəsur pəhləvan knyaz Qvidon və gözəl şahzadə Sona haqqında nağıl"ı əsasında hazırlanmış "Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl"ın premyerası olacaq.
Balaca tamaşaçılar V.Reznikovanın "Maşa və Ayı" və "Durna balığının buyruğu ilə" tamaşalarına müvafiq olaraq martın 8-də və 15-də, Y.Şutskinin "Morozko" nağılına isə martın 16-da baxa bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB