“Eurovision”un rəsmi saytında Azərbaycan milli seçimi haqqında geniş məlumat yer alıb
"Eurovision" mahnı müsabiqəsinin rəsmi saytında Azərbaycan milli seçimi haqqında geniş məlumat yer alıb. SİA müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, "Who qualified in the second heat in Azerbaijan?" sərlövhəli yazı "Böyük səhnə" şousunun növbəti yarımfinalından bəhs edir.
Nəzərinizə çatdıraq ki, şounun iştirakçıları məşhur hitlərin kaver-versiyasını (əsasən məşhur müəllif, yaxud ansambl kompozisiyasının başqa musiqiçi tərəfindən ifası) ifa ediblər. Onların sırasında Dilarə Kazımova "Propellerheads" qrupunun "History Repeating" mahnısını mətbəx şəraitini təsvir edən səhnə quruluşunda ifa etməklə münsiflər heyətini əyləndirib.
Samirə Əfəndiyevanın "Eurovision-2010" yarışmasında Albaniya, Valeriya Hüseynzadənin isə həmin ilki yarışmada Azərbaycan təmsilçilərinin mahnılarını ifaları da böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycanın "Böyük səhnə" şousunun növbəti yarımfinalı fevralın 23-də, finalı isə martın 2-də olacaq.
Danimarkanın Kopenhagen şəhərində "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.
Azərbaycan təmsilçisi yarışmanın birinci yarımfinalında çıxış edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB