Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin birgə təşkilatçılığı ilə tanınmış aşıqlar - Aşıq Rza Qobustanlının 70 illik yubileyi və onun vaxtsız dünyasını dəyişmiş oğlu Aşıq İslam Qubustanlının xatirə gecəsi keçiriləcək. SİA-nın məlumatına görə, mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçiriləcək tədbirdə ustad sənətkar Aşıq Rza Qobustanlı və oğlunun sənətkarlığından söhbət açılacaq və aşıqların ifasında onların vaxtilə ifa etdikləri el havaları səsləndiriləcək.
Qeyd edək ki, tədbir fevralın 14-ü, saat 19:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB