Fevralın 26-dan martın 3-dək Çex Respublikasının Brno şəhərində 5-ci "Cinema Mundi" Beynəlxalq film festivalı keçiriləcək. SİA-nın məlumatına görə, festivalda Azərbaycan "Çölçü" filmi ilə təmsil olunacaq.
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azərbaycanfilm" Kinostudiyasında lentə alınmış "Çölçü" filminin ssenari müəllifi Vidadi Həsənov, operatoru Rafiq Quliyev, rəssamları Rafiq Nəsirov və İbrahim Aminovdur. Filmdə Vidadi Həsənov, Bəhruz Vaqifoğlu, Cavidan Məmmədov və başqaları çəkiliblər.
Nəzərinizə çatdıraq ki, "Çölçü" filminin süjeti şəhər həyatından uzaqda, təbiətlə ünsiyyətdə gənc çölçü yaşayır. Atası Ulu ona çölçülük həyatının sirlərini öyrədir. Atası vəfat edəndən sonra o, qəsəbədən gəlmiş qızla tanış olur. Bu qızla tanışlıq oğlanın həyatında yeni səhifə açır, o, bixəbər olduğu dünyaya daxil olur.
Qeyd edək ki, "Çölçü" bədii filmi indiyədək 16 mötəbər Beynəlxalq kinofestival və forumda iştirak etmiş, müxtəlif mükafatlara və diplomlara layiq görülüb. Bu ekran əsəri 2013-cü ilin "Humay" Milli Mükafatına layiq görülmüşdür. "Çölçü" 86-cı "Oskar" mükafatının siyahısında Azərbaycanı təmsil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB