Azərbaycanlı vokalçı Ramil Qasımov Qara Qarayevin doğum günü ilə əlaqədar Azərbaycan Bəstəkarlar İttifaqında konsert proqramı ilə çıxış edib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən musiqişünas Lalə Hüseynova böyük bəstəkarın həyat və yaradıcılığından danışıb. Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə müəllimi, dahi bəstəkarla bağlı xatirələrindən söz açıb. Tədbirdə çıxış edən AzTv-nin musiqi kollektivlərinin bədii rəhbəri, Dövlət Səsyazma Evinin direktoru, vokalçı Ramil Qasımov bu cür tədbirlərin milli-mənəvi dəyərlərə xidmət etdiyini bildirib: "Dahi Azərbaycan bəstəkarı, dünya şöhrətli Qara Qarayev məktəbi, onun şərəfli həyat yolu bu gün bizə bir məktəbdir".
Sonra bəstəkarın "Xəzər Neftçiləri" mahnısını ifa etmək üçün Ramil Qasımov səhnəyə AzTv-nin Cahangir Cahangirov adına Xorunu dəvət edib. Xorun baş dirijoru Şəhla Ələkbərovanın dirijorluğu ilə bəstəkarın bir neçə əsərləri ifa olunub. Daha sonra səhnəyə xalq artisti, professor Ramiz Quliyev çıxıb. Tarzən bəstəkarın yaradıcılığından əsərlər ifa edib. AzTv-nin Estrada simfonik orkestrinin nəzdində fəaliyyət göstərən "Cazz -bənd" qrupunun ifasında "Yeddi gözəl" baletindən fraqmentlər ifa edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB