Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin (AMMDM) filialı olan Niyazinin mənzil-muzeyində dünya şöhrətli Azərbaycan bəstəkarı, SSRİ xalq artisti, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, akademik Qara Qarayevin anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Niyazinin mənzil-muzeyinin foyesində AMMDM-in fonduna yeni daxil olmuş materiallardan ibarət sərgi ilə tanış olublar.
Mərasimdə AMMDM-in direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova dünya şöhrətli bəstəkarın irsinin tədqiqi ilə bağlı görülən işlərdən geniş söhbət açıb. Bildirib ki, bu yaxınlarda dahi bəstəkarın irsini Moskva şəhərindəki teatrlarda tədqiq edərkən ona aid bir sıra maraqlı materiallar əldə edib. Alla Bayramova Moskva şəhərindəki teatrlarda əldə etdiyi materialları, o cümlədən M.N.Yermolova adına Moskva Dram, Mossovet adına Dövlət Akademik, Y.Vaxtanqov adına Dövlət Akademik Dram, Dövlət Akademik Malı teatrlarında səhnəyə qoyulmuş tamaşalara Qara Qarayevin yazdığı musiqinin not yazılarının surətlərini, proqramlarını, həmçinin fotoşəkillərinin surətlərini təqdim edib.
Nəzərinizə çatdıraq ki, tədbirdə Bülbül adına orta ixtisas musiqi məktəbi şagirdlərinin ifasında Qara Qarayevin əsərlərindən ibarət konsert təqdim edilib.
Qeyd edək ki, sonda Qara Qarayevlə bağlı slayd-şou nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB