Bu gün Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə "2 fevral Gənclər Günü"nə həsr edilmiş "Gəncliyin səsi" incəsənət festivalı çərçivəsində gənc ədiblərlə birgə "Poeziya saatı" keçirilib. SİA-nın məlumatına görə, tədbirdə "525-ci qəzet"in baş redaktoru, Yazıçılar Birliyinin üzvü Rəşad Məcid, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov, Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov, gənc şairlər Xəyal Rza, Fərid Hüseyn, Vüsal Nuru, Elşad Ərşadoğlu, Vəfa Mürsəlqızı, Günel Şamilqızı, Arzu Hüseyn, Ramil Əhməd, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri 525-ci qəzetin baş redaktoru, Yazıçılar Birliyinin üzvü Rəşad Məcid açaraq "2 Fevral Gənclər Günü" münasiəti ilə bütün gəncləri təbrik edib: "Bildiyiniz kimi Ulu Öndər Heydər Əliyevin göstərişi ilə 1996-cı ildən 2 Fevral Gənclər Günü kimi qeyd olunur. Bu münasibətlə ölkəmzin hər yerində tədbirlər keçirilir. Bu gün də buraya yığışmağımıza səbəb gənclərimizi poeziyaya marağını daha da artırmaq və gənc şairlərimizə mükafatlar veriləcək. Həmçinin bəzi gənc yazarlara Yazıçılar Birliyinin vəsiqəsini də təqdim ediləcək. Onu da diqqətinizə çatdırım ki, gənc şairlərimizin imzalarını, hətta ölkəmzin hüdudlarından kənarda da tanıyırlar".
Qeyd edək ki, sonda şairlərin özlərinin yazdıqları şeirlər səsləndirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB