Bu gün Azərbaycan Rəssamlar İttifaqında 2 Fevral Gənclər Gününə həsr olunmuş "Gənc rəssamların sərgisi" keçirilib. SİA-nın məlumatına görə, sərgidə bir çox gənc rəssamlara Rəssamlar İttifaqının üzvü vəsiqəsi də təqdim olunub.
Azərbaycan rəssamlar İttifaqının üzvü, xalq rəssamı Ağaəli İbrahimov çıxış edərək gənc rəssamların gözəl əl qabilliyəti və maraqlı sənət əsərləri yaratdıqlarını bildirib: "Sevinirəm ki, ölkəmizdə kifayət qədər rəssamlığa marağı olan və bu işi peşəkarlıqla bacaran rəssamlarımız var. Hətta deyə bilərəm ki, bəzi gənc rəssamlarımız bu sənəti ölkəmizin hüdudlarından kənarda da layiqincə təqdim edirlər".
Nəzərinizə çatdıraq ki, sərgi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatı dəstəyi ilə baş tutub.
Qeyd edək ki, sonda sərgi açıq elan olunub və 3-9 fevral tarixinə qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB