“Eurovision-2014” də auditoriyanı qarşılamaq üçün xüsusi qayıqlar fəaliyyət göstərəcək

“Eurovision-2014” də auditoriyanı qarşılamaq üçün xüsusi qayıqlar fəaliyyət göstərəcək

Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsində auditoriyanı qarşılamaq üçün xüsusi transfer qayıqlar fəaliyyət göstərəcək. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, müvafiq qayıqlar birbaşa dəniz vasitəsilə qonaqları Nyhavn dəniz limanından müsabiqənin keçiriləcəyi "B&W Hallerne" arenasına gətirəcək.

Nəzərinizə çatdıraq ki, Kopenhagenin əsas yolları Rifşelona aparmadığından yarışmanın işçi qrupu tərəfindən qonaqların rahatlığını təmin etmək məqsədilə Nyhavn dəniz limanına yeni transfer qayıqlar gətirilib.

Qeyd edək ki, şounu izləməyə gələcək on minlərlə tamaşaçını yerləşdirmək məqsədi ilə qayıqlara əlavə oturacaqların qoyulması planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə