“Rus violonçel məktəbi” fotosərgisi keçiriləcək

“Rus violonçel məktəbi” fotosərgisi keçiriləcək

Yanvarın 28-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında "Rossotrudniçestvo" agentliyi və M.İ.Qlinka adına Ümumrusiya Musiqi Mədəniyyəti Muzey Birliyi tərəfindən hazırlanmış "Rus violonçel məktəbi" fotosərgisi keçiriləcək. SİA-nın məlumatına görə, Azərbaycanda bu sərginin nümayiş etdirilməsi "Rossotrudniçestvo" agentliyinin Bakıdakı nümayəndəliyi, Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyi tərəfindən təşkil olunub.
Sərginin əsasını Rusiyanın dövlət və özəl kolleksiyalarında saxlanılan eksponatlar və arxiv sənədləri təşkil edir.

Qeyd edək ki, sərgi yanvarın 28-dən fevralın 9-dək Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının foyesində nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə