Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi qeyd olunub FOTO

Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi qeyd olunub FOTO

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında Nizami adına Ədəbiyyat İnstitunun 80 illik yubileyi qeyd olunub. SİA-nın xəbərinə görə, bu münasibətlə Mərkəzi Elmi Kitabxana sərgi təşkil edib.

Sərgidə ədəbiyyat institutunun qurucularının, sabiq direktorlarının əsərləri, onlar haqqında yazılmış kitablar, həyat və fəaliyyətlərini əks etdirən virtual görüntülər, fotoşəkillər, həmçinin "Dünya ədəbiyyatı Azərbaycan dilində", "Ədəbi-bədii irsimiz", "Xarici dillərdə nəşr edilmiş Azərbaycan ədəbiyyatı", "Ədəbi tənqid və ədəbiyyatşünaslıq", Mərkəzi Elmi Ktabxananın nəşr edirdiyi kitablar, bibloqrafik göstəricilər və digər bölmələr üzrə kitablar nümayiş etdirilib.

Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif Əlizadə, vitse-prezident, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli, Lomonosov adına Moskva Dövlət Universitetinin Azərbaycan filialının rektoru Nərgiz Paşayeva, Slavyan Universitetinin rektoru Kamal Abdulla, AMEA-nın institut rəhbərləri və əməkdaşları, habelə tədbirdə qonaq qismində iştirak edən millət vəkilləri, idarə və təşkilat rəhbərləri sərgi ilə yaxından tanış olublar.

Sərgidə nümayiş etdirilən kitablar tədbir iştirakçılarının böyük marağına səbəb olub və onlar yubiley tədbirin əyaniliyinə səbəb olan belə bir sərgi təşkil etdiyinə görə Mərkəzi Elmi Kitabxanın direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərliyə və kitabxana əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə