İsraili “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib

İsraili “Eurovision-2014” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib

Bu ilin mayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsində İsraili təmsil edəcək ifaçı müəyyənləşib. SİA-nın "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, İsraili yarışmada ölkə üzrə milli seçim turunun qalibi Mey Feynqold təmsil edəcək. Xanım ifaçının sözlərinə görə, hazırda qarşıda duran əsas vəzifə ifa ediləcək mahnının seçilməsidir.

Qeyd edək ki, "Bizə qoşulun!" şüarı altında keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinin birinci və ikinci yarımfinalları müvafiq surətdə mayın 6-sı və 8-də, final mərhələsi isə mayın 10-da olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə