Şəfiqə Axundovanın “Gəlin qayası” operası nümayiş etdiriləcək
Yanvarın 29-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində xalq artisti Şəfiqə Axundovanın "Gəlin qayası" operası nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, operanın təqdimatı xalq artisti Şəfiqə Axundovanın anadan olmasının 90 illiyinə həsr ediləcək.
Nəzərinizə çatdıraq ki, Şərqin qadın bəstəkarları arasında ilk dəfə olaraq məhz Şəfiqə Axundova opera janrına müraciət edib. 1972-cü ildə Xalq Yazıçısı Süleyman Rəhimovun eyniadlı povesti əsasında yazdığı "Gəlin qayası" operası ilə bəstəkar yaradıcılığında ən yüksək zirvəyə qalxmışdır. Bu opera ilə Şəfiqə Axundova dahi bəstəkar Üzeyir Hacıbəyli məktəbinin layiqli davamçısı olduğunu, onun ideyalarına, tövsiyələrinə sadiq qaldığını bir daha təsdiq etmişdir. Bu cəhət operanın musiqi dilində daha aydın görünür. "Gəlin qayası" operasında qəhrəmanların ariyalarla yanaşı, muğam parçaları ifa etməsi bəstəkarın xalq musiqisini çox mükəmməl bilməsindən və ondan düzgün istifadə etməsindən irəli gəlir.
Qeyd edək ki, Şəfiqə Axundova 26 iyul 2013-cü ildə vəfat edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB