Gənclərin muğama olan həvəs və marağını artırmaq məqsədilə "Gəncləşən muğam" layihəsi davam edir. Heydər Əliyev Sarayının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Heydər Əliyev Sarayının birgə təşəbbüsü və təşkilatçılığı ilə 02 fevral tarixində, Gənclər gününə həsr olunmuş "Gəncləşən Muğam-5" adlı gənc xanəndələrin konserti keçiriləcək.
Nəzərinizə çatdıraq ki, bu konsert Azərbaycanın xalq artisti, tanınmış xanəndə, professor Mənsum İbrahimovla, əməkdar artistlər, tarzən Elçin Həşımov və kaman ifaçısı Elnur Əhmədovun birgə layihəsidir.
Qeyd edək ki, proqramın rəhbəri xalq artisti, professor Mənsum İbrahimovdur. Biletlərin qiyməti isə 10-50 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB