Yanvar ayının 23-də Bakıda Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə "Türk musiqi axşamı" keçiriləcək. SİA-nın məlumatına görə, "Bir millət, iki dövlət" devizi altında baş tutacaq konsertdə Bakı Musiqi Akademiyasının Türk tələbə və doktorantları, Türkiyənin tanınmış sənətçiləri iştirak edəcək.
Nəzərinizə çatdıraq ki, onlar arasında müğənni Mustafa Yıldızdoğan, klarnet ifaçısı Hüsnü Şenlendirici, solistlər Elif Nun, Osman Özəl, Mehmet Bitməz, Ərcümənt Əkin, Kadir Verim, Gürkan Çakmak, Coşqun Karadəmir, Emirhan Kartal və Ata Bahri Çağlayan, Ergün Şenlendirici, Ceyhun Çelikten də olacaq.
Qeyd edək ki, konsert Şövkət Məmmədova adına Opera Studiyasının konsert salonunda baş tutacaq. İki saata yaxın davam edəcək tədbirdə ifaçıların repertuarından seçilmiş musiqi parçaları, sevilən türk xalq, türk sənət və estrada, eləcə də Azərbaycan musiqi nümunələrinin ifa olunması nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB