Bakı Dövlət Sirki uşaqlara “Sehrli qış-2” tamaşasını təqdim edir

Bakı Dövlət Sirki uşaqlara “Sehrli qış-2” tamaşasını təqdim edir

Dekabrın 27-dən başlayaraq Bakı Dövlət Sirkində Yeni il proqramı - "Sehrli qış-2" tamaşası təqdim olunur. Bakı Dövlət Sirkindən bildiriblər ki, iki saatdan artıq davam edəcək proqrama Rusiya Federasiyası, Ukrayna və İspaniyadan dəvət olunmuş sirk ustalarının nömrələri daxildir. Yanvarın ortalarınadək nümayişi nəzərdə tutulan tamaşada əhliləşdirilmiş heyvanlarla çox maraqlı nömrələr vardır.

Tamaşa bayram və tətil günlərində fasiləsiz olaraq hər gün 2-3 dəfə olmaqla davam edəcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə