Qurban Məsimovun sözü kiminlə düz gəlmədi?

Qurban Məsimovun sözü kiminlə düz gəlmədi?

Aktyor Qurban Məsimov seriallardan uzaq düşməsinin səbəblərindən danışıb. Belə ki, aktyor SİA-ya açıqlama verərək seriallarda çəkilməyə çox az qonorar ödənildiyindən gileylənib: "Bu mövsüm seriallarda rol almadım. Bunun bir çox səbəbləri var. Onlardan biri seriallarda aktyorlara çox az pul ödənilməsidir. Digər səbəbi isə rejissorlarla söhbətimiz düz gəlmədi. İnşallah hər şey istədiyim kimi olsa, tamaşaçılar məni yenidən seriallarda görə biləcək. Hazırda isə Bakı film instutu və "Cinema" Gənc kinomatoqrafçılar mərkəzi ilə əməkdaşlığa başladım".

Qeyd edək ki, aktyor Qurban Məsimov bir müddət bundan əvvəl Xəzər televiziyasında yayımlanan "Aramızda qalsın" serialında "Mehman" rolunu ifa edib.

Bütün xəbərlər Facebook səhifəmizdə