Heydər Əliyev Sarayında uşaqlar üçün əyləncəli və musiqili Yeni il şənliyi keçiriliəcək

Heydər Əliyev Sarayında uşaqlar üçün əyləncəli və musiqili Yeni il şənliyi keçiriliəcək

Heydər Əliyev Sarayında keçiriləcək əyləncəli və musiqili Yeni il şənliklərində uşaqları bir çox surprizlər gözləyir. SİA-nın məlumatına görə, respublikanın xalq artisti Faiq Ağayev, populyar müğənnilər Röya, Miri Yusif və "Avroviziya" müsabiqəsi iştirakçıları uşaqlar üçün xüsusi hazırlanan mahnıları ilə çıxış edəcəklər.

Nəzərinizə çatdıraq ki, bir aya yaxındır Heydər Əliyev Sarayında dekabrın 27, 28, 29, 30 –da baş tutacaq konsertlərin məşqləri başlayıb.

Şaxta baba və Qar qızın aparıcılığı ilə baş tutacaq şəhərimizin ən maraqlı Yeni il şənliyində uşaqlar milli, müasir rəqslər və ilk dəfə olaraq qeyri-adi illuziya şousunu izləyə biləcəklər. Bundan əlavə uşaqlar, sarayın səhnəsində quraşdırılan ən böyük səhnə şam ağacı görmək imkanı əldə edəcəklər. Bu Yeni il şənlikləri uşaqlar üçün maraqlı və yaddaqalan olacaq.

Qeyd edək ki, Yeni il şənlikləri saat 12:00-da başlayacaq. Biletləri şəhərin kassalarından əldə etmək mümkündür. Biletlərin qiyməti 5-15 manata qədərdir.

Bütün xəbərlər Facebook səhifəmizdə