Bu gün Yazıçılar Birliyində professor, Filologiya elmləri doktoru, Beynəlxalq Eko-İnformasiya Akademiyasının akademik Vaqif Arzumanlının "Dədə Qorqudun Qəbrinin izi ilə" və Hüseynbala Hüseynovun "Dərbən və Kitabi-Dədə Qorqud" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Arif Məmmədov, professor Qəzənfər Paşayev, Filologiya elmləri doktoru Qurban Bayramov, mədəniyyət xadimləri, media nümayəndələri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan professor Arif Məmmədov Azərbaycan folkloru olan sözügedən kitabın mahiyyətindən söz açıb: "Vaqif müəllim Azərbaycanşünas alimdir. O, hər şeyi necə gözəl görürsə, elə də müvəffəqiyyətli əsərlər ərsəyə gətirir".
Daha sonra kitabın müəllifi Vaqif Arzumanlı çıxış edib: "Biz indi ulu Dədə Qorqudun qəbrinin qayğısına qalmasaq, bərpasına nail olmasaq çox gec ola bilər. Təbiətin az-çox qoruyub saxladığı məzar yerinin izini-tozunu məhv etmək istəyən bədxahlarımız məqam gözləyirlər. Fürsət ələ düşən kimi onlar bu çirkin əməllərini də, utanmadan-çəkinmədən reallaşdıra bilərlər. Mən bir daha ziyalılarımızdan, əlaqədar təşkilatlardan, ölkə rəhbərliyindən xahiş edirəm: Gəlin məqamı, fürsəti, imkanı əldən verməyək. Dədə Qorqud ruhu bizim yolumuzu gözləyir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB