Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ithaf edilmiş klassik musiqi gecəsi keçirilib FOTO

Ümummilli Lider Heydər Əliyevin xatirəsinə ithaf edilmiş klassik musiqi gecəsi keçirilib FOTO

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə ithaf edilmiş klassik musiqi gecəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, Azərbaycan xalqının Ümummilli Liderinin vəfatının 10-cu ildönümü ilə əlaqədar təşkil olunan konsertdə xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında dünya klassiklərinin əsərləri təqdim olunub.

Anım gecəsində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət, incəsənət, ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, konsert proqramda Qara Qarayevin "Matəm odası", "İldırımlı yollarla" baletindən adajio və final səhnəsi, Fikrət Əmirovun "Nizaminin xatirəsinə" simfoniyası (1-ci hissə), Soltan Hacıbəyovun "Karvan" simfonik lövhələri, Rauf Əliyevin "Şuşanın dağları başı dumanlı", Pyotr Çaykovskinin "Romeo və Cülyetta" uvertüra-fantaziyası, Dmitri Şostakoviçin 5 saylı simfoniyası (3-cü hissə) səslənib.

Bütün xəbərlər Facebook səhifəmizdə