Bakıda ilk Britaniya film festivalı keçirilir

Bakıda ilk Britaniya film festivalı keçirilir

Bu gün British Council-ın Azərbaycan nümayəndəliyi, Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Britaniya Hava Yolları və 28 Cinema kinoteatrı ilə birgə təşkil edilən Azərbaycanda ilk Britaniya film festivalının açılış mərasimi və bununla əlaqədar mətbuat konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, konfransda British Council-ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elizabet Uayt, Britaniya Hava Yolları adından Mərkəzi Asiya üzrə satış meneceri Mayk Rok, media nümayəndələri və başqaları iştirak ediblər.

Nəzərinizə çatdıraq ki, film festivalının təşkil edilməsi British Council-ın Azərbaycanda 20 illik yubileyinin qeyd olunması ilə bağlı nəzərdə tutulan sisilə tədbirlərin bir hissəsidir. Mədəniyyət və təhsil sahəsində fəaliyyət göstərən və Britaniyanın aparıcı beynəlxalq təşkilatı hesab edilən British Council minlərlə tələbə, şagird, müəllim, incəsənət xadimləri üçün yeni imkanlar yaratmış, Böyük Britaniya ilə Azərbaycan arasında mədəniyyət və təhsil əlaqələrinin inkişaf etdirilməsi istiqamətində çalışılıb.

Konfransı giriş sözü ilə açan British Council –ın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Elizabet Uayt British Council-ın Azərbaycanda 20 illik yubileyinin qeyd olunmasına çox sevindiyini bildirib: "Siz və tərəfdaaşlarınız ilə birgə, Britaniyanın yeni və maraqlı filmlərinin nümayişi ilə müşayiət edilən British Council-ın Azərbaycandakı 20 illik fəaliyyətiini qeyd etmək çox xoşdur. Bu müddət ərzində sizlərə bir-birindən maraqlı filmlər tamaşaçılara təqdim olunacaq. Ümid edirik ki, bu filmlər izləyənlər təərəfindən bəyəniləcək".

Qeyd edək ki, açılış zamanı dəvət edilmiş qonaqlar üçün Oskar Vaylıdın əsəri əsasında rejissor Clio Barnard-ın çəkdiyi və bu yaxınlarda mükafat qazanmış "Özünü sevən nəhəng" filmi nümayiş etdirilib. Festivalın proqramına digər filmlər, o cümlədən "Santanın xilas edilməsi", "Diana", "İndi yaxşıdır", "Dünyanın sonu", "İnamsızlığa son", "İkiqat", "Vaxt barəsində" adlı filmlər daxildir. Festival 7-11 dekabr 2013-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə