Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevə həsr edilmiş konsert keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrı çıxış edəcək. Bədii rəhbər və baş dirijor xalq artisti Rauf Abdullayevdir.
Nəzərinizə çatdıraq ki, proqramda səslənəcək əsərlər Q.Qarayev "Matəm odası", R.Əliyevin "Şuşanın dağları başı dumanlı" F.Əmirovun "Nizaminin xatirəsinə", P.Çaykovskiyin "Romeo və Culiyetta" uvertura-fantaziya, S.Hacıbəyovun "Karvan" Simfonik rəsmi, D.Şostakoviçin "Simfoniya № 5", Q.Qarayevin "Adajio" və "İldırımlı yollarla" baletinin final səhnəsi təqdim olunacaq.
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevə həsr edilmiş gecə dekabrın 12-si saat 19:00-da Azərbaycan Dövlət Filarmoniyasında baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB