Uşaq musiqi və incəsənət məktəbləri rəhbərlərinin iştirakı ilə müşavirəsi keçirilib
Salyan rayonunda Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iş planına uyğun olaraq Salyan, Saatlı, Sabirabad və Neftçala rayon uşaq musiqi və incəsənət məktəblərinin rəhbərlərinə elmi-metodiki və sənədlərlə iş sahəsində əməli kömək göstərilməsi məqsədilə zona müşavirəsi keçirilib. SİA-nın verdiyi xəbərə görə, sözügedən rayonların uşaq musiqi və incəsənət məktəblərinin (5 məktəb: Salyan rayonu üzrə 2, Saatlı rayonu 1, Sabirabad rayonu 1, Neftçala rayonu 1) direktor, direktor müavinləri və pedaqoji kollektivlərin üzvləri ilə görüş zamanı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, Mədəniyyət və Turizm Nazirliyinin əmr və kollegiya qərarları, habelə uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətini tənzimləyən aidiyyəti normativ-hüquqi aktlar, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin Nümunəvi Əsasnaməsi, Tədris Planları, Tədris Proqramlarının tələb və müddəaları ilə bağlı zəruri məlumatlar və izahatlar verilmiş, bu barədə müvafiq fikir mübadiləsi aparılıb.
Eyni zamanda, məktəb rəhbərlərinin tədris işinin təşkili, məktəbin idarə edilməsi ilə bağlı sualları cavablandırılmış, təklifləri dinlənilib.
Müşavirə iştirakçılarına yeni hazırlanmış Tədris Proqramları və dərsliklər paylanmış və onların tədris prosesinə tətbiqi ilə bağlı zəruri izahatlar verilib.
Qeyd edək ki, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz tərəfindən hazırlanan "Uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində tədris kabinetlərinin (sinif otaqlarının) tərtibatı üzrə Metodiki Tələblər"in layihəsi müzakirə edilmiş, rəy və təkliflər bildirilməsi üçün məktəb kollektivlərində də baxılması tövsiyə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB