"Aleko" operası tamaşaçılara təqdim ediləcək. Opera və Balet Teatrından SİA-ya verilən məlumata görə, "Aleko" Sergey Rahmaninovun diplom işi kimi Moskva konservatoriyasında A.S. Puşkinin "Qaraçılar" poeması əsasında yazdığı ilk operasıdır.
Nəzərinizə çatdıraq ki, operanın sujeti şəhərdən qaçmış qürurlu Aleko qaraçı köçündə sığınır. Tezliklə, Aleko gözəl qaraçı qızına vurulur. Sevgi, qısqaclıq, coşqun ehtiras onların hər ikisini ölümə aparır.
Qeyd edək ki, "Aleko" tamaşası noyabrın 10-u saat 19:00-da Opera və Balet Teatrında nümayiş olunacaq. Biletlərin qiyməti isə 11, 16 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB