Bu günün tarixi

Miladi: 06 noyabr 2013
Hicri: 02 Məhərrəm 1435

İlin 310-cu günü
İlin sonuna 55 gün qalır

Bu günün namaz vaxtları

Fəcr – 06:04
Günəş – 07:16
Zöhr – 12:28
Əsr – 15:35
Məğrib – 17:47
İşa – 19:05

1494 — Osmanlı imperatoru Qanuni Sultan Süleyman anadan olub.

1860 — Avraam Linkoln ABŞ-ın prezidenti seçilib.

1893 — Rus bəstəkar Pyotr Çaykovski vəfat edib.

1913 — Hindlilərin siyasi lideri Mahatma Qandi həbs edilib.

1917 — Finlandiya müstəqilliyini elan edib.

1917 — Petroqradda oktyabr hərbi çevrilişi baş vermiş (noyabrın 6-dan 7-nə, köhnə təqvimlə oktyabrın 24-dən 25-nə keçən gecə), Leninnin rəhbərliyi ilə bolşevik partiyası hakimiyyəti ələ almırlar. Sovet tarixşünaslığında bu hadisə "Böyük Oktyabr Sosialist İnqilabı" adlandırılır.

1918 — Birinci Dünya müharibəsinin gedişi zamanı ingilis və fransız qoşunları Çanaqqala boğazını ələ keçiriblər.

1923 — DQMV I sovetlər qurultayı işə başlayıb.

1926 — Efirdə ilk dəfə "Danışır Bakı" səslənmiş, Azərbaycanda radio yayımları başlanıb.

1937 — İtaliya Almaniya və Yaponiya arasında imzalanmış antikommunist paktına qoşulub.

1943 — Kiyev Almaniya qoşunlarından azad edilib.

1944 — ABŞ-da plutonium radioaktiv metalı sintez edilib.

1945 — Azərbaycanlı aktrisa Zərnigar Ağakişiyeva anadan olub.

1967 — Bakı Metropoliteninin 5 stansiyası – "Bakı soveti", "26 Bakı komissarı", "28 aprel", "Gənclik" və "Nəriman Nərimanov" stansiyaları istismara verilib.

1974 — Azərbaycanlı aktrisa Fatimə İbrahimbəyova anadan olub.

1983 — Türkiyədə hərbi çevrilişdən sonra (1980) ilk dəfə parlament seçkiləri keçirilib.

1984 — Ronald Reyqan ABŞ-ın prezidenti seçilib.

1987 — Polkovnik Rabuka Ficini müstəqil respublika elan edib.

1991 — Küveytdə İraq ordusunun yandırdığı son neft mədəni söndürülüb. İndi bu gün Küveytdə milli bayram kimi qeyd olunur.

1996 — Azərbaycan Respublikası Bəhreyn ilə diplomatik əlaqələr qurub.

2005 — 25 illik fasilədən sonra Tehran-Bağdad hava xətti açılıb.

2007 — Amerikalı alim Feliks Sertsvadze ermənilərin Xocalı faciəsi qurbanlarının fotolarını 1915-ci il hadisələrinin "sübut"u kimi təqdim etdiklərini isbatlayıb.

2009 — Azərbaycanlı yazıçı, tərcüməçi Qılman İlkin vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə