Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində Salman Qəmbərov və onun bendinin ifasında (fortepiano) caz konsert keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, Salman Qəmbərovun cazı koloritli və təmiz, hər kəsə maraqlı, lakin hamı tərəfindən başa düşülməyəndir.
Nəzərinizə çatdıraq ki, onun folkcaza can atması "Lətif" filminə yazdığı saundtrekdən, həmçinin "East or West?" layihəsindən açıq sezilir.
Qeyd edək ki, Salman Qəmbərovun konserti noyabrın 1-i saat 19:00-da Beynəlxalq Muğam Mərkəzində baş tutacaq. Biletlərin qiyməti isə 10, 15, 20 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB