Semyuel Bekketanın pyesi əsasında səhnələşdirilən "Qaranlıq" tamaşası nümayiş olunacaq. Pantomima Teatrından SİA-ya verilən məlumata görə, yazıçının əsərləri minimalizmi, novatorluğu, fəlsəfi tematikası ilə fərqlənir.
Nəzərinizə çatdıraq ki, Semyuel Bekket irland yazıçısıdır. Yazıçı 1969-cu il ədəbiyyat üzrə Nobel mükafatı laureatıdır. O, fransız və ingilis dillərində yazıb.
Qeyd edək ki, "Qaranlıq" tamaşası oktyabrın 20-si saat 18:00-da Pantomima Teatrında baş tutacaq. Biletin qiyməti isə 5 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB