Ferdinant Bruknerin "Napoleon" tarixi pyesi səhnələşdiriləcək. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrından SİA-ya verilən məlumata görə, "Napaleon" rolunu Sumqayıt Dövlət Musiqili Dram Teatrının aktyoru Oktay Mehdiyev, "Jozefina" rolunu xalq artisti Zemfira Nərimanova ifa edirlər. Digər rollarda əməkdar artistlər Sabir Məmmədov (Bertye), Elşən Rüstəmov (Taleyran), aktyorlar Şəhla Əliqızı (Mariya Valevskaya), Türkel Şabanova (Mariya Luzia), Sərdar Rüstəmov (Meneval), Rumiyyə Ağayeva (Rəqs müəllimi, Bayraqdar), Elçin Əhmədov (Fuşe) və başqaları çıxış edirlər.
Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu rejissoru Namiq Ağayev, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Həmid Kazımzadə, rəqslərin quruluşcusu Əməkdar İncəsənət Xadimi Rimma Məmmədovadır.
Qeyd edək ki, "Napoleon" tamaşası oktyabrın 6-sı saat 19:00-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında baş tutacaq. Biletin qiyməti isə 6-10 manat arasında dəyişir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB