Rus Dram Teatrında uşaqlar üçün rus nağılı səhnəyə qoyulacaq. Teatrdan SİA-ya verilən məlumata görə, "Morozko" tamaşası rus dilində nümayiş olunacaq.
Nəzərinizə çatdıraq ki, sözügedən musiqili tamaşa ögey ananın qəddarlığından, yaxşı ilə pisin mübarizəsindən və qış nağılından bəhs edir.
Qeyd edək ki, "Morozko" tamaşası oktyabrın 5-i saat 12:00-da Rus Dram Teatrında baş tutacaq. Biletin qiyməti isə 4 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB