Azərbaycan Dövlət Kukla teatrının səhnəsində "Göy saqqal" tamaşasının premyerası baş tutacaq. Teatrdan SİA-ya verilən məlumata görə, məşhur fransız nağılçısı Şarl Perronun məşhur nağılının motivləri əsasında səhnəyə qoyulacaq.
Nəzərinizə çatdıraq ki, tamaşada "Göy Saqqal" ləqəbli hiyləgər və qəddar kişinin cavan arvadı öz qorxusuzluğu, cəldliyi, əsl qadın ağılı və fərasəti sayəsində ərinin dəhşətli sirrinin üstünü açır və bu qorxunc cinayətkar Göy saqqala qalib gəlir.
Qeyd edək ki, tamaşa oktyabrın 2-si saat 18:00-da Azərbaycan Dövlət Kukla Teatrında baş tutacaq. Biletlərin qiyməti isə 2 manatdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB