Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Bəstəkarlar İttifaqı ilə birgə rəqs kollektivləri üçün yeni əsərlərin yaradılması məqsədilə rəqs musiqisi janrında müsabiqə elan edir. SİA-nın verdiyi xəbərə görə, müsabiqəyə heç bir yerdə səslənməyən və nəşr olunmayan yeni əsərlər təqdim edilməlidir. Təqdim ediləcək əsərlər simfonik və ya xalq çalğı alətləri orkestri üçün nəzərdə tutularaq, xalq rəqs musiqisi üslubunda yazılmalı və 5-10 dəqiqəlik vaxt həcmində olmalıdır.
Nəzərinizə çatdıraq ki, müsabiqə iştirakçıları əsərin partiturası və klavirini deviz yazılmış bağlı iri zərfdə Azərbaycan Bəstəkarlar İttifaqına təqdim еtməlidirlər. Əsərlər fortepiano ifasında və ya səsyazma studiyasında yazılmış şəkildə səsləndirilməlidir. Təqdim olunmuş işin səhifələrində müəllifin adı və soyadı yazılmamalıdır. Müəllif haqqında məlumatlar (ad, soyad, təhsil, ünvan, telefon) yalnız həmin deviz yazılmış kiçik zərfdə əlavə edilməlidir.
Qeyd edək ki, müsabiqənin qalibləri üçün aşağıdakı mükafatlar nəzərdə tutulur:
I yer üçün 1 mükafat – 1000 manat
II yer üçün 2 mükafat – hər biri 600 manat
III yer üçün 3 mükafat – hər biri 400 manat
Üç həvəsləndirici mükafat - hər biri 200 manat
Тəqdim olunmuş işlər 2013-cü il noyabr ayının 25-nə qədər Azərbaycan Bəstəkarlar İttifaqında qəbul olunacaq. Əsərlər Bəstəkarlar İttifaqının tərtib etdiyi münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB