Bu gün Milli İncəsənət Muzeyinin bağında yerləşən "Güllələnmiş heykəllər" abidəsi ziyarət edilib. SİA-nın verdiyi xəbərə görə, burada Bülbülün, Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəyovun abidələrinə gül dəstələri qoyulub. Daha sonra isə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev abidələrinin tarixi haqqında ətraflı məlumat verib: "Xüsusilə söyləmək istəyirəm ki, mədəniyyət, incəsənət ölməzdir. Düşmənlər bu heykəlləri nə qədər güllələsə də, sonda həmin silah onların özlərinə qayıdacaq. Çünki mədəniyyət elə bir amildir ki, xalqın yaddaşında hər zaman qalacaq. Ulu Öndər Heydər Əliyev göstərdiyi səylər nəticəsində bu heykəlləri düşmənlərin əlindən almağa müvəffəq olub və onları Bakıya gətirib. İncəsənət Muzeyi tam bərpa olunduqdan sonra belə bir qərara gəldik ki, sözügedən abidələri burada yerləşdirək. Əminliklə deyə bilərəm ki, bu heykəllər mütləq Qarabağa aparılacaq. Bunun üçün Cənab Prezidentimiz İlham Əliyev də siyasi danışıqlar aparır. Ordumuz da artıq tam hazırdır ki, torpaqlarımızı düşmən tapdağından xilas etsin. Lakin biz incəsənət xaddimləri yaxşı bilməliyik ki, Azərbaycanın silahlarından biri də onun mədəniyyətidir. Biz də bu silahı düşmənə qarşı heç vaxt səmərəsiz istifadə etməyəcəyik".
Qeyd edək ki, Əbülfəs Qarayev bu günün "Musiqi günü" kimi keçirilməsində Prezident İlham Əliyevin böyük xidməti olduğunu xüsusilə vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB