Azərbaycan Dövlət Rus Dram Teatrı V.Stanislovun pyesi əsasında səhnələşdirilən "Opera Mafiozo" adlı kriminal komediyanı təqdim edəcək. Teatrdan SİA-ya verilən məlumata görə, rollarda Azərbaycanın əməkdar artistləri: N.Şarovskaya və O.Nağıyev, həmçinin teatrın artistləri: X.Ağayeva, B.Klimaşeva, O.Əmirbəyov, S . Bayramov, N.Əbdülrəhimbəyov, M.Mərdaxanova, O.Arsentyeva, Maksud Məmmədov, İ.Mehdiyev, Y.Trifonov, R.Əliyev, Murad Məmmədov, Z.Terequlov, Y.Omelçenko, R.Yusubov, R.Kərimov, V.Lerman, R.Turkkan, N.Rzayeva, F.Əliyev, D.Atayeva, L.Umid və başqaları oynayacaq.
Nəzərinizə çatdıraq ki, tamaşanın quruluşçu rejissoru Azərbaycanın xalq artisti A.Şarovskiy, quruluşçu rəssamı N.Sazonov (Rusiya), xoreoqrafiya R.Türkkan, N.Rzayevadır.
Qeyd edək ki, "Opera Mafiozo" tamaşası sentyabr ayının 15-də saat 19:00-da baş tutacaq. Biletlərinin qiyməti isə 11 manatdır.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB