Bu gün Atatürk Mərkəzində "Kulturologiya, Mədəniyyətlərin Dialoqu və Beynəlxalq Əməkdaşlıq" mövzusunda kulturoloji seminar keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə akademik Maqsud Əliyev, kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru, "Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov, "Kulturologiya və müasir dünyada mədəniyyətlərin dialoqu" - akademik Engel Tahirov, Tatarıstanın Azərbaycandakı eks-Səfiri Rafael İlyazov, alimlər, mütəxəssislər, incəsənət xadimləri, həkimlər, məmurlar, müəllimlər, "Simurq" AMA-nın üzvləri, QHT, yaradıcı və həmkarlar ittifaqı, media nümayəndələri və başqaları iştirak ediblər.
Seminarı giriş sözü ilə açan kulturoloq, tarix elmləri doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru,"Simurq" Azərbaycan Mədəniyyət Assosiasiyasının prezidenti Fuad Məmmədov tədbirin faydalarından danışaraq o, bu cür seminarların tez-tez keçirilməsini istəyib.
Daha sonra isə akademik Maqsud Əliyev söz alaraq "Kulturologiya, Mədəniyyətlərin Dialoqu və Beynəlxalq Əməkdaşlıq" mövzusundakı seminarın Azərbaycan mədəniyyəti və kulturologiyasına göstərəcəyi böyük tövhələrdən bəhs edib.
Şair, dramaturq, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar İncəsənət xadimi, filologiya elmlər namizədi Nəriman Həsənzadə isə seminar haqqında öz fikirlərini dilə gətirib: "Fuad Məmmədovun təşkil etdiyi tədbirlərin demək olar ki, hər birində iştirak edirəm. Bugünkü seminar da öz növbəsində çox önəmlidir. Bu seminarın keçirilməsi Azərbaycanda böyük sevinclə qarşılanır. Mən də sevinirəm ki, bu gün burda olaraq bu vacib hadisəyə şahidlik edirəm".
Nəzərinizə çatdıraq ki, konfransın sonunda Kulturoloji elmin və Azərbaycanla Rusiya Federasiyası Tatarıstan elm, təhsil və mədəniyyət xadimləri arasında humanitar əməkdaşlığın inkişafına verdiyi tövhəyə görə, professor Engel Tahirovun "Simurq" Beynəlxalq medalı ilə təltif edilib.
Qeyd edək ki, Azərbaycan ruhi-mədəniyyətin və Azərbaycan Rusiya Federasiyası Tatarıstan xalqlarının humanitar əməkdaşlığının inkişafına verdiyi xidmətə görə, Tatarıstanın Azərbaycandakı eks-Səfiri Rafael İlyazovun "Simurq" AMA-nın Fəxri üzvü diplomu ilə mükafatlandırılıb.
Zaurə Əmirova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB