Bu gün Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva may ayında İsveçin Malmö şəhərində keçirilən "Eurovision-2013" mahnı müsabiqəsində Azərbaycanı təmsil edən Fərid Məmmədovla görüşüb. SİA-nın məlumatına görə, Azərbaycanın birinci xanımı Fərid Məmmədovu müsabiqənin finalında uğurlu çıxışına və mədəniyyətimizi yüksək səviyyədə nümayiş etdirdiyinə görə təbrik edib.
Mehriban Əliyeva artıq altıncı dəfədir ki, "Eurovision" mahnı müsabiqəsində ölkəmizin uğurla təmsil olunduğunu vurğulayıb. Heydər Əliyev Fondunun prezidenti Azərbaycanın bu müsabiqədə yüksək səviyyədə iştirakının dövlət tərəfindən daim dəstəkləndiyini qeyd edib, ölkəmizin bütün bu uğurlara qısa zamanda nail olduğunu bildirib. Mehriban Əliyeva bütün bu uğurları həm də böyük bir komandanın nailiyyəti kimi dəyərləndirib.
Azərbaycanın müsabiqədə həmişə yüksək yerlərdə qərarlaşdığını vurğulayan Azərbaycanın birinci xanımı ölkəmizi "Eurovision-2013"də təmsil edən Fərid Məmmədovu bir daha təbrik edib, ona uğurlar arzulayıb.
Fərid Məmmədov da ona göstərilən diqqət və qayğıya görə ölkənin birinci xanımına təşəkkürünü bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB