Bakıda II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Çoxmədəniyyətli Dünyada Sülh Şəraitində Birgə yaşama" mövzusunda konfrans keçirilir. SİA-nın məlumatına görə, Beynəlxalq Təhsil İdarəçiləri dərnəyinin direktoru, konfransın moderatoru Darla Deardorff bütün emosiyalara açıq olmağı vacib hesab etdiyini bildirib: "Qlobal vətəndaş olaraq atdığımız addımlar, gələcəkdə mühüm rol oynayacaq. Qlobal vətəndaşlıqdan danışarkən, onun problemlərinə də diqqət etmək lazımdır. Önəmli olaraq bir şeyi dərk etməliyik ki, bizim bildiklərimiz həqiqət deyil, əksinə həqiqətlər daha geniş anlam daşıyır. Mədəniyyətlərarası dialoq üçün açıq düşüncə ilə bu dünyaya baxmalıyıq. İnsanlar arasında mədəniyyətlərarası dialoqun formalaşması üçün böyük layihələr həyata keçirməliyik".
Monteneqronun elim naziri Sanja Vlahoviç isə deyib ki, hər bir ölkə öz səylərini qlobal şəraitdə birləşdirməlidir: "Biz kiçik ölkəyik və resurslarımız çox məhduddur. Bu resurslardan elə istifadə etməliyik ki, öz enerjimizi təmin edək. Biz yeni texnologiyalarla bağlı layihələr həyata keçirmək istəyirik. Başlıca məqsədimiz cəhdlərimizi birləşdirməkdir. Əsas bilməliyik ki, birgə komandada işləmək nə deməkdir. Burada insanlar fikir mübadilələri aparırlar. Bizim qarşımızda duran məsələlər qlobaldır.Biz bu problemləri yalnız qlobal yanaşma sayəsində həll edə bilərik".
Daha sonra Dünaynın Gələcəyi Cəmiyyətinin təsisçisi və prezidenti, professor Stephen Shashoua, Almaniya Beynəlxalq İnkişaf təşkilatının prezidenti Hans Köchler və s. forumla bağlı dəyərli fikirlərini bölüşüblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB